Spiker Oqtay Əsədov parlamentin yaz sessiyasının ilk plenar iclasının sonunda yenidən deputatlara kəskin xəbərdarlıq edib.
O bildirib ki, bəzi millət vəkilləri günün birinci yarısı iclasa gəlirlər:
“Bəzi millət vəkilləri günün ikinci yarısında burada olmurlar. Heç kim burada heç kimdən artıq deyil. Bura heç kimi zorla deputat seçməyiblər. Parlament ayda 3-4 dəfə iclas keçirir. Hamı vaxtında burada iştirak etməlidir. Bir gün gəlir, bir gün gəlmirlər. Belə işləmək saymazlıq olur. Xahiş edirəm, həmkarlarınıza bunu deyin”.
Oxu.az
Telegram kanalımız