Həftəsonu hara gedək? - İSTİQAMƏTLƏR -   QİYMƏTLƏR + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Həftəsonu hara gedək? - İSTİQAMƏTLƏR - QİYMƏTLƏR + VİDEO

Maraqlı

13 İyun 2021 10:08 1452


Bir ildən çox idi ki, pandemiya ilə əlaqədər regionlararası ictimai nəqliyyat işləmirdi və bölgələrə turizm məqsədli avtobus turları təşkil edilmirdi. Ölkə üzrə ictimai nəqliyyatla sərnişindaşımanın bərpa edilməsi rayonlara təşkil edilən avtobus turlarına da marağı artırıb. Əsasən 1 günlük olan turların qiymətləri müxtəlifdir.

Yenisabah.az "xezerxeber.az"a istinadən xəbər verir ki, uzun fasilədən sonra regionlararası ictimai nəqliyyatın bərpası daxili turizmdə canlanmaya səbəb olub.

1 ildən artıqdır qadağalarla yaşayan insanlar xüsusilə dağ təbiəti ilə zəngin olan bölgələrə üz tuturlar. Xüsusilə həftə sonları avtobuslara bölgələrə turlar təşkil edilir. Turizm üzrə ekspetlər bildirirlər ki, xüsusilə son günlər cənub bölgəsinə, həmçinin Şəki, Zaqatala və İsmayıllı rayonlarına təşkil edilən turlara müraciətlər artıb. Günlük turların qiymətləri daxilində olan fotosessiya, yemək və digər xidmətlərə görə dəyişir. Dördpendirli pizza

Ekspert Murad Əhədzadənin sözlərinə görə, daxili turlara maraq artdığından bölgələrdə otellərdə bəzən yer məhdudiyyəti də yaranır.

Otellərdəki yer məhdudiyyəti fərdi evlərə tələbatı artırıb. Belə evlərə xüsusilə qənaətə önəm verən turistlər üz tuturlar

Bölgələrdə otellərin sayının azlığı və tələbatın çoxluğu bəzən sui-istifadə hallarına gətirib çıxarır.

Qeyd edək ki, bölgələrə avtobus turları ilə yanaşı, sayı maksimum 6 nəfər olan vip turlar da təşkil edilir. Bu turların qiymətləri isə adambaşı 100-150 manatdan başlayır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!