Həkimdən ciddi XƏBƏRDARLIQ: Bu, gələcəkdə xərçəngə səbəb ola bilər!

saytların hazırlanması

Evə çatdırılma

Həkimdən ciddi XƏBƏRDARLIQ: Bu, gələcəkdə xərçəngə səbəb ola bilər!

Sağlamlıq

12 İyun 2026 10:29 633


Uşaqlarda günəş yanıqları xərçəng riskini çoxaldır. “Yeni Sabah” xəbər verir ki, Dermatoloq Dr. Makbule Dündar, yay aylarında artan günəş şüaları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Onun sözlərinə görə, günəş qoruyucularının dəri xərçənginə qarşı ən təsirli vasitələrdən biridir:

“Xüsusilə uşaqlıq dövründəki günəş yanıqlarının gələcəkdə ciddi sağlamlıq problemlərinə yol aça biləcəyini vurğulayıb. Günəş qoruyucularının yalnız SPF dəyərinə görə seçilməməlidir”.

“UVB şüaları qaralma və yanıqlara, UVA şüaları isə dərinin qocalması və qırışlara səbəb olur. Buna görə də seçilən məhsul həm UVA, həm də UVB qorunmalı olmalıdır. Yay aylarında ən az SPF 30, günəşə qarşı həssaslığı olanlar isə SPF 50 qoruyucu istifadə etməlidir. Ekran qarşısında çox vaxt keçirənlər üçün isə mavi işıqdan qoruyan məhsullar faydalı olacaq”. Dəri xərçənginin ən mühüm səbəblərindən biri qorunmasız günəş şüalarıdır. Xüsusilə tünd rəngli xalları olanlarda bu risk daha yüksəkdir. Uşaqlıqdakı günəş yanıqları isə gələcəkdə dəri xərçəngi riskini ciddi şəkildə artırır”. Sezar pizza

Günəş qoruyucusu seçərkən dəri tipi mütləq nəzərə alınmalıdır:

Quru dərilər üçün: Daha qatı və nəmləndirici tərkibli məhsullar,

Yağlı və akneyə meyilli dərilər üçün: Daha yüngül, gel və ya maye (likvid) formalı qoruyucular seçilməlidir.

Dr. Dündar bildirib ki, atopik və həssas dərili uşaqlarda mineral filtrli günəş kremlərinin seçilməlidir:

“Uşaqları günəş yanığından qorumaq vacibdir, çünki bu yaşdakı günəş zədələri gələcəkdə ciddi fəsadlar yaradır. Günəş kremini gündə bir dəfə çəkmək bəs etmir; xüsusilə dəniz və hovuz kənarında hər iki saatdan bir yenilənməlidir. Üz nahiyəsi üçün isə 'iki barmaq' qaydasına əməl edilərək yetərli miqdarda istifadə olunmalıdır".

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!