Həkimlər “omikron” ştamının ən erkən simptomlarını aşkarladılar

Həkimlər “omikron” ştamının ən erkən simptomlarını aşkarladılar

Sağlamlıq

02 Fevral 2022 23:33 1146


ABŞ, Böyük Britaniya və Cənubi Afrikadan olan bir qrup həkim koronavirusun "omikron" ştamının ən erkən simptomlarını aşkarlayıb.

Yenisabah.az xəbər verir ki, araşdırmanın nəticələri "Express" nəşrində dərc edilib.

Mütəxəssislər bildiriblər ki, yoluxmuş şəxslə təmasdan iki gün sonra boğaz ağrısı, bel ağrısı, yorğunluq, asqırma, gecə tərləməsi və bədən ağrıları yarana bilər. İlk xoşagəlməz hallar arasında həkimlər baş ağrısını da qeyd ediblər.

Tədqiqatçıların fikrincə, bəzən koronavirusun əlamətləri özünü daha gec büruzə verir. Həkimlər orqanizmdə sadalanan dəyişikliklər aşkar edildikdə, on gün ərzində özünü təcrid etməyi və testdən keçməyi tövsiyə edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!