Həkimlərdən mühüm xəbərdarlıq: Uşaqlarda bu əlamətlər sindrom ola bilər

saytların hazırlanması

Evə çatdırılma

Həkimlərdən mühüm xəbərdarlıq: Uşaqlarda bu əlamətlər sindrom ola bilər

Sağlamlıq

10 İyun 2026 17:27 212


Uşaqlarda təkrarlanan qızdırmaların səbəbi PFAPA sindromu ola bilər.

“Yeni Sabah” xəbər verir ki, PFAPA sindromu əsasən 2–5 yaş arası uşaqlarda rast gəlinən və dövri şəkildə təkrarlanan qızdırma epizodları ilə müşayiət olunan bir vəziyyətdir.

Uşaqlarda hər ay təkrarlanan yüksək hərarət, boğazda qızartı və ağrı, ağız boşluğunda yaralar, eləcə də boyun limfa vəzilərinin böyüməsi müşahidə olunduqda, bu halların sadə infeksiya ilə əlaqəli olmaması ehtimal edilir. Belə hallarda PFAPA sindromu nəzərdən keçirilməlidir. pizza sifarişi

Mütəxəssislərin sözlərinə görə, sindrom dövri xarakter daşıyır və çox vaxt adi infeksiyalara qarşı istifadə edilən müalicələrə cavab vermir. Buna görə də valideynlər bəzən hər epizodda antibiotik istifadəsinə müraciət etsələr də, bu həmişə effektiv olmur.

Həkimlər bildirir ki, sindrom təhlükəli hesab olunmasa da, vaxtında düzgün diaqnoz qoyulmadıqda uşağın həyat keyfiyyətinə mənfi təsir göstərə bilər. Müvafiq tibbi nəzarətlə vəziyyəti tam idarə etmək mümkündür.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!