HƏMAS girovları azad etməyə ilkin razılıq verdi

saytların hazırlanması

Evə çatdırılma

HƏMAS girovları azad etməyə ilkin razılıq verdi

Dünya

02 Fevral 2024 16:37 785


HƏMAS İsraillə ikinci atəşkəsə, girov və əsirlərin mübadiləsinə ilkin razılıq verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi danışıb.

Onun sözlərinə görə, vasitəçilərin İsrail tərəfi ilə razılaşdığı atəşkəs razılaşması HƏMAS-a fevralın 1-də təqdim edilib. Əvvəllər bunu İsrail tərəfi təsdiq edirdisə, indi vasitəçilər HƏMAS-dan ilkin təsdiqi alıblar. pizza mizza

Diplomat hesab edir ki, yaxın bir neçə həftə ərzində potensial atəşkəslə bağlı yaxşı xəbərlərə ümidlər var.

Daha əvvəl bildirilmişdi ki, İsrail, ABŞ, Misir və Qətər Parisdə keçirilən görüşdə HƏMAS qruplaşmasının Qəzza zolağında saxladığı girovların azad edilməsinə dair yeni saziş əsasında razılaşıblar. Mümkün razılaşmanın təfərrüatları hələlik rəsmi olaraq açıqlanmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!