Həmid Herisçi o heykələ şeir yazdı

saytların hazırlanması

Evə çatdırılma

Həmid Herisçi o heykələ şeir yazdı

Yazar

20 İyun 2026 13:05 559


Yazıçı, şair Həmid Herisçi Prezident İlham Əliyevin kabinetindəki baba yadigarı olan heykələ şeir həsr edib.

“Yeni Sabah” xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

Bildirək ki, ötən gün Prezident İlham Əliyev Rusiya Federasiyasının Dağıstan Respublikasının tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanovu qəbil edərkən iş kabinetində olan yeganə heykəldən danışıb: Dördpendirli pizza

“Bu heykəl Mahaçqalada Əziz Əliyevin kabinetində olub. Dağıstanlılar onu qoruyub saxlayıb və bu yaxınlarda mənə bağışlayıblar.

Mənim nə bu otağımda, nə də digər iş kabinetlərimdə heç bir heykəl yoxdur, təkcə bu var. Bu, təəssüf ki, mən xatırlamıram, amma həm azərbaycanlıların, həm də dağıstanlıların tarixi yaddaşında yaşayan babamın yadigarıdır. Beləliklə, bizim ortaq cəhətlərimiz çoxdur və bir daha demək istəyirəm: Dağıstan və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi bir çox hallarda bütün Qafqaz regionunun davamlı inkişafından asılıdır".

QAZİ

Qazavatdı,

Qazavatdı...

Gün də batdı.

Zahirdə yox,

Daxildə yol abaddı.

Yoldadı gör neçə vaxtdı

Qazi, yorub altındakı

Qıratı,

Dürr atı.

Ancaq, yenə salamatdı

Eşitdiyin,

Salavatdı.

Anası, nəzir qutusuna ruzusunu,

quzusunu atdı.

Atıbdı,

Nəyi tapıbdı.

Ancaq kimdi, hansı himcimdi

Tilsimdi,

Sirli mərasimdi

Dağıdan,

Axşamdakı qaramatı?

O fanatdı.

Ətrafında, daxilində qəribə bir farağatdı

Yolu yenə də uzatdı

Qurutdu yenə də nəm barıtı,

Sındırdı qara tabutu

Daxildəki, dualar.

Yolların qaydasıdı.

Uzanar.

Qazavatdı.

Qazavatdı.

Səni gözləyən

Camaatdı.

Sükutunda, muğamatdı.

Zahirdəki yox,

Daxildəki yol abaddı.

 

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!