Xəbər verdiyimiz kimi, ötən gün Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə və İbadova Həmidə qidadan zəhərlənib. Həmidə ilə Dilrubə Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, Şəkər hadisə yerində keçinib.
"Yeni Sabah" bildirir ki, "Qafqazinfo"ya açıqlama verən Dilrubə Quliyeva bacısı Firuzə Quliyeva hadisənin bəzi təfərrüatlarını açıqlayıb. O, əvvəlcə bəzi KİV-də, eləcə də sosial şəbəkələrdə qızların suşidən zəhərlənməsi barədə yayılan xəbəri təkzib edib:
"Qızlar suşidən zəhərlənməyiblər. Bacım həmin axşam anamla telefonda danışanda yemək bişirirdilər. Tam dəqiq bilməsək də, deyilənə görə, kartof qızartması, xiyar turşusu və mandarin yeyiblər". Dördpendirli pizza
Bacısının sözlərinə görə, Dilrubə yataqxanada davamlı olaraq qalmırdı. O, vəziyyətin bu həddə çatmasında təcili tibbi yardımın əməkdaşlarını səhlənkarlığa yol verməkdə ittiham edib: "Bacım yataqxanada qeydiyyatda olsa da, orada hər gün qalmırdı. Əmim Rusiyada olduğu üçün, onun yoldaşının yanında qalırdı. Sadəcə, kəsiri olan günlər yataqxanada qalırdı ki, universitetə daha tez çatsın. Hadisə baş verən gün də o günlərdən biri idi. Bacımın kəsiri varıydı. Qızlar isə axşam qidadan zəhərləniblər. Gecə təcili tibbi yardım gəlib ilkin yardım göstərib və onlara dimedrol-analgin vurub. Bildiyimiz kimi, dimedrol da yuxu gətirir. Yatmamışdan əvvəl yataqxanada qalan Tofiqə adlı qıza deyiblər ki, səhər bizi yuxudan oyadarsan, gecikmərik. Dilrubənin kəsir dərsi var idi, ora getməli idi. Qız səhər gəlib görüb ki, Şəkər keçinib. Dilrubə ilə Həmidənin ağzından köpük axır. Yenidən təcili tibbi yardım çağırıblar, o da gec gəlib. Bir saatdan sonra qızları təcili tibbi yardım maşını ilə "Semaşko"ya çatdırıblar. Bizə də səhər zəng edib məlumat verdilər".
Firuzə Quliyeva hazırda bacısı ilə Həmidənin durumun yaxşı olduğunu bildirib: "Valideynlərim bacımın yanındadırlar. Onunla görüşüb danışıblar. Həm bacımın, həm də Həmidənin durumu yaxşıdır".
Qeyd edək ki, baş verən hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb.
Telegram kanalımız