“İran atəşkəs üçün yalvarırdı”.
“Yeni Sabah” xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset aprelin 8-də keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyatlar döyüş meydanında tarixi bir zəfər idi. pizza mizza
“İran ordusunu məhv etdik”, - nazir qeyd edib.
P.Heqset vurğulayıb ki, 40 gündən az müddətdə Mərkəzi Komandanlıq - ABŞ hərbi potensialının 10 faizdən aşağı hissəsindən istifadə edərək dünyanın ən böyük ordularından birini məhv edib:
“Bütün məqsədlərə çatdıq. İranın donanması dənizin dibindədir, Hərbi Hava Qüvvələri, Havadan Müdafiə sistemləri, raket proqramı, raket qurğuları, istehsal müəssisələri məhv edilib”.
Müharibə naziri hesab edir ki, İran daha raket, raket qurğuları, dron istehsal edə bilməyəcək.
P.Heqset qeyd edib ki, Tramp İran iqtisadiyyatını dəqiqələr ərzində məhv edə bilərdi, amma o, mərhəmətli davranıb və ticari obyektlərə zərbə endirilməyib:
“Çünki İran şiddətli təzyiq altında atəşkəsi qəbul etdi”.
Nazir yenidən İranı hədələyib: “İran zənginləşdirilmiş uranı ya könüllü şəkildə verəcək, ya da ABŞ onu özü əldə edəcək”.
O qeyd edib ki, bu, eyni ilə “Midnight Hammer” əməliyyatında olduğu kimi, ya da buna bənzər bir əməliyyatla olacaq.
“Bu seçimi özümüzdə saxlayırıq. Biz İranı razılaşma əldə etməyə məcbur edəcəyik. Biz burada qalacağıq. Heç yerə getmirik. İranın bu atəşkəsə əməl etdiyinə əmin olacağıq və sonda onu danışıqlar masasına gətirib, razılaşma əldə etməyə məcbur edəcəyik”, - müharibə naziri vurğulayıb.
Müdafiə naziri Tehranın onilliklər boyu davam edən strategiyasının iflasa uğradığını qeyd edib:
“Onilliklər boyu İran Tehranda gizlənərək qorxaq proksi qüvvələri vasitəsilə İraqda yol kənarına yerləşdirilən bombalarla amerikalıları qətlə yetirirdi. Səfirliklərimizə minalanmış avtomobillərlə hücum edir, kölgədən çıxmağa və bizimlə üz-üzə gəlməyə cəsarət etmirdilər. Onlar elə düşünürdülər ki, cəzasız qalaraq Amerikanı zəiflədə biləcəklər. Lakin bizimlə birbaşa döyüşməyə cəhd etdikdə nələrin baş verdiyini acı təcrübə ilə öyrənmiş oldular”.
ABŞ-ın müharibə naziri İranda amerikalı pilotların xilas edilməsi əməliyyatından da danışıb.
Onun sözlərinə görə, 14 saatlıq əməliyyatda hər iki pilot xilas edilib, ABŞ-ın heç bir itkisi olmayıb.
Aytac Əliyeva
Telegram kanalımız