Hər 3 nəfərə 1 maşın: Bakıda niyə bu qədər çox avtomobil var?

saytların hazırlanması

Evə çatdırılma

Hər 3 nəfərə 1 maşın: Bakıda niyə bu qədər çox avtomobil var?

Sosial

31 Yanvar 2025 12:36 653


Son 20 ildə Azərbaycan üzrə əhalinin orta illik artım tempi 1 % təşkil etdiyi halda, Bakı şəhərində və ətraf ərazilərdə bu göstərici 1,3 % olub. Bununla bərabər, paytaxtda hər 1000 nəfərə düşən avtomobillərin sayı 132-dən 320-dək artıb. Əhali sayının sürətli artımı şəhərin infrastrukturuna və xidmət sahələrinə, xüsusilə nəqliyyat sektoruna əlavə təzyiq göstərir.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan nəqliyyat ekspert Eldəniz Cəfərov bildirib ki, əslində, bu rəqəm dünyanın qabaqcıl ölkələri ilə müqayisədə heç də çox deyil, əksinə aşağıdır:

“Vaxtilə Bakı şəhərində ictimai nəqliyyatın vəziyyəti yaxşı olmayıb. Ona görə də insanlar fərdi nəqliyyat vasitələrinə, taksilərə üstünlük veriblər. Təbii olaraq minik avtomobillərinə tələb artıb. Amma Azərbaycanı xarici ölkələrlə müqayisə etsək, ən inkişaf etmiş dövlətlərdə avtomobil sayı əhali sayından qat-qat çoxdur. Daha doğrusu, Azərbaycanda 10 milyon əhaliyə cəmi 1.5 milyon maşın düşür”.  pizza sifarişi

Ekspertin fikrincə, tıxacların başlıca səbəbi təkcə avtomobil çoxluğu deyil, eyni zamanda, yol infrastrukturunun zəif olmasıdır:

"Bakı şəhərində olan tıxacı, sıxlığı yalnız avtomobillərin çoxluğu ilə deyil, həm də yol infrastrukturunun yaxşı olmaması ilə əlaqələndirmək olar. Digər tərəfdən, şəhərlərarası nəqliyyatın yaxşı işləməməsi insanların daha çox minik avtomobillərinə üstünlük verməsinə gətirib çıxarıb. Zaman keçdikcə insanlar ictimai nəqliyyata maraq göstərəcək”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!