Hər 3 uşaqdan biri miyopiyadan əziyyət çəkir – Həyəcan təbili

saytların hazırlanması

Evə çatdırılma

Hər 3 uşaqdan biri miyopiyadan əziyyət çəkir – Həyəcan təbili

Sağlamlıq

27 Sentyabr 2024 16:34 2564


Dünya miqyasında aparılan təhlillər göstərir ki, uşaqların görmə qabiliyyəti getdikcə pisləşir və indi hər 3 uşaqdan biri miyopiyadan əziyyət çəkir, yəni onlar uzaq obyektləri aydın görə bilmirlər.

Yenisabah.az xəbər verir ki, tədqiqatçıların fikrincə, koronavirus karantini görmə qabiliyyətinə mənfi təsir göstərib, çünki uşaqlar ekran qarşısında daha çox, açıq havada isə daha az vaxt keçiriblər.

Tədqiqat xəbərdarlıq edir ki, miyopiya artan qlobal sağlamlıq problemidir və 2050-ci ilə qədər milyonlarla uşağa təsir göstərəcək. pizza hut

Uşaqlar arasında miyopiya ən çox Asiyada yayılıb. Yaponiyada uşaqların 85 faizi, Cənubi Koreyada uşaqların 73%-i, Çin və Rusiyada isə 40%-dən çoxu miyopiyadır.

Paraqvay və Uqandada miyopi ən aşağı səviyyə 1 faizlə, Böyük Britaniya və ABŞ-da isə 15 faiz civarındadır.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!