“Hər fürsətdə dinc əhaliyə işgəncə verib, qətlə yetiriblər” – Millət vəkili

saytların hazırlanması

Evə çatdırılma

“Hər fürsətdə dinc əhaliyə işgəncə verib, qətlə yetiriblər” – Millət vəkili

Siyasət

02 Dekabr 2020 11:18 2185


“Ölkə Prezidentimiz İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi: “Bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik”.

“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Naqif Həmzəyev deyib. O, bildirib ki, Qarabağ torpaqları uğrunda apardığımız müharibə Azərbaycanın parlaq qələbəsi ilə sona çatdı. 

“Müzəffər Azərbaycan ordusunun misilsiz şücaəti ilə darmadağın olan düşmən Kəlbəcər, Ağdam və Laçın rayonlarını tərk etməyə məcbur oldu. Bir güllə belə atılmadan geriyə qaytarılan tarixi şəhərlərimiz həm də siyasi arenadakı mütləq qalibiyyətimizin göstəricisidir. Eyni zamanda tarixi yurd yerlərimizin Kəlbəcərin, Ağdamın, Laçının işğaldan azad edilməsi Azərbaycanın həm siyasi, həm də diplomatik müstəvidə qələbəsinin təcəssümü oldu. pizza

İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır.

Faşist ideologiyasından qaynaqlanan Ermənistan hakimiyyəti hər fürsətdən dinc azərbaycanlı sakinlərə qarşı istifadə edib, onlara işgəncə verib, qətlə yetirib. İkinci Qarabağ müharibəsi zamanı da Ermənistan silahlı qüvvələri döyüş bölgəsindən xeyli uzaqda yerləşən şəhərləri raket atəşinə tutdu. Gecə saatlarında Gəncənin bombalanmasını, Bərdənin raket atəşinə tutulmasını, Tərtərdə ölüsünü dəfn edən dinc sakinlərin bombardıman olunmasını, Goranboyun, Ağcabədinin, Siyəzənin, Xızının raket atəşinə tutulmasını dünya ictimaiyyəti də gördü və işğalçı Ermənistanın terror aktlarını qınadı. 

Ermənilər hərbi texnikalarını dinc erməni sakinlərinin yaşadığı yerlərdə yerləşdirərək, onları da hədəfə çevirmələrinə baxmayaraq humanistlikləri ilə hər zaman nümunə olan Azərbaycan hərbçiləri mülki obyektləri və yaşayış yerlərini hədəf almadı, dinc erməni sakinlərinə qəsdən xəsarət yetirmədi. İşğaldan azad edilən dinc erməni sakinlərinin ərazini rahat şəkildə tərk etməsi üçün humanitar dəhlizin açıq saxlanılması da buna nümunədir.

Bu gün illərlə düşmən tapdağı altında olan torpaqlarımız əsarətdən azad edilib. "Qarabağ Azərbaycandır və nida" deyən ölkə Prezidentimiz İlham Əliyev bir daha xalqa verdiyi bütün vədlərə sadiq olduğunu nümayiş etdirdi. Ölkə Prezidentimizin müdrik, məqsədyönlü siyasətinin təsdiqi olan tarixi zəfərimiz Azərbaycan xalqının iftixar və qürur mənbəyidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!