Hər gün duş qəbul etmək lazımdırmı?

saytların hazırlanması

Evə çatdırılma

Hər gün duş qəbul etmək lazımdırmı?

Sağlamlıq

23 Aprel 2021 14:09 1402


Duş qəbul etməyi demək olar ki, hər kəs sevir. Bəzi insanlar hətta səhər və axşam duş qəbul edirlər. Su, nəinki “təravətləndirir”, həmçinin orqanizmdə qan dövranını yaxşılaşdırır. Ancaq mütəxəssislər hələ də hər gün duş qəbul etməyin lazım olub-olmadığı ilə bağlı bir qənaətə gələ bilməyiblər.

Yenisabah.az-ın məlumatına görə, Böyük Britaniyalı həkimlərin çoxu hesab edirlər ki, gündəlik duş almaq zərərli vərdiş hesab edilə bilər, çünki dərimiz sıx şəkildə faydalı bakteriyalarla örtülmüşdür, sabunlu su isə onları yuyub aparır.

Dərinin yağlı müdafiə qatı vardır, orada faydalı bakteriyalar və digər mikroorqanizmlər toplaşır. Tez-tez yumaq, xüsusilə də isti su ilə yuyunmaq onları məhv edir. Nəticədə baryer aradan qalxır və zərərli bakteriyalar dəri infeksiyalarına və allergik reaksiyalara yol açır. Dominos pizza

Bundan əlavə, əl yuma ilə bağlı da tədqiqatlar aparan mütəxəssislər müşahidə ediblər ki, antibakterial sabunlar normal bakteriyaları da məhv edir, mikroorqanizm balansı pozulur və antibiotiklərə qarşı dözümlü, zərərli bakteriyalar dəridə çoxalır. Təcrübələr göstərib ki, daha çox tibb bacılarının əllərində tez-tez yumaq və əlcəkdən istifadə nəticəsində çoxlu infeksion agentlər toplaşır və əlin dərisini zədələyirlər. (ikisahil.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!