Hərbçilərin imkanlarını məhdudlaşdırmağı anlamıram - Deputatdan etiraz

saytların hazırlanması

Evə çatdırılma

Hərbçilərin imkanlarını məhdudlaşdırmağı anlamıram - Deputatdan etiraz

Maraqlı

05 Dekabr 2023 14:01 762


“Ordumuz bir neçə ay əvvəl müharibədən çıxıb. Bu cür dövrdə hərbçilərin imkanlarını məhdudlaşdırmağı anlamıram”. 

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bildirib. 

“Xüsusi təyinatlılarımız Şuşada çiynində yüklə döyüşüb. Onların qəhrəmanlıqlarını unutmaq olmaz. Bildirim ki, insan yaşlandıqca fiziki gücü eyni olmur. 20 il xidmət etmiş zabitlərin pensiya almaq hüququ olmalıdır. Biz bununla onların mənzil alma hüquqlarını da əllərindən alırıq. Orduya xüsusi diqqət, qayğı lazımdır. Müddətin artırılması, təhsil aldıqları ilin staja hesablanmaması onları məhdudlaşdırmaqdır. Düşünürəm, bu düzgün deyil. Onların kollektiv etirazı mümkün deyil, ancaq bizə müraciət edirlər. Bu qanun birmənalı qarşılanmaıb. Hesab edirəm, bu məsələ müzakirədən çıxarılmalıdır”, - o qeyd edib.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!