Hərbi Prokurorluqdan dənizə düşən təyyarə ilə bağlı   - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Hərbi Prokurorluqdan dənizə düşən təyyarə ilə bağlı - Açıqlama

Kriminal

25 İyul 2019 10:01 2213


Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi başlanılıb. 

Bu barədə "Yeni Sabah"a Hərbi Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin məlumat yaydığı məlum hadisə ilə əlaqədar, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayət işi başlanaraq hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilməyə başlanılıb. Hazırda ibtidai araşdırma intensiv davam etdirilir. pizza

Hadisə yeri müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və eləcə də digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcəkdir.

Hərbi Prokurorluğunun rəhbərliyi də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!