Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Dövlət Sərhəd Xidmətinin Akademiyasının kursantının vəfat etməsi ilə bağlı açıqlama verib.
Yenisabah.az xəbər verir ki, Hərbi Prokurorluqdan bildirilib ki, bununla bağlı araşdırma aparılır:
“Daxil olmuş məlum məlumat əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər zəruri hərəkətlər icra edilib”. Sezar pizza
“Fakt üzrə Bakı hərbi prokurorluğunda başlanılan araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir”, - açıqlamada qeyd edilib.
Telegram kanalımız