Hərbi xidmətə çağırış yaşının azaldılması hazırda orduda xidmət edənlərə şamil olunur?

saytların hazırlanması

Evə çatdırılma

Hərbi xidmətə çağırış yaşının azaldılması hazırda orduda xidmət edənlərə şamil olunur?

Sosial

31 Yanvar 2025 14:30 303


Hərbi xidmətə çağırış yaşının azaldılması hazırda Azərbaycan Ordusunda xidmət edənlərə şamil olunmur.

Yenisabah.az report-a istinadıa xəbər verir ki, bunu “Konstitusiya Araşdırmaları Fondu”nun sədri Əliməmməd Nuriyev deyib.

Ekspert “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişikliklərdən sonra yaranan bir sıra suallara aydınlıq gətirib. Pepperoni pizza

Ə.Nuriyev xatırladıb ki, qanunun geriyə qüvvəsi yoxdur və dəyişikliklər bundan sonrakı müddətdə olacaq çağırışçılara şamil ediləcək.

“Dəyişikliklər imzalanandan sonra hərbi xidmətə çağırılan şəxslərə şamil olunur. Yəni qanun qəbul ediləndə əvvəldən xidmətə çağırılmış şəxslər çağırışçı yox, hərbi qulluqçu idilər. Qanunun subyekti hərbi qulluqçular yox, çağırışçılar olduğundan dəyişiklik hərbi qulluqçulara aid edilməyəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!