Hərbiçilərimiz qəzaya düşdü: Yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

Hərbiçilərimiz qəzaya düşdü: Yaralılar var

Kriminal

08 İyul 2025 09:43 647


Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Sabah” Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb. Sürücü “UAZ” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb. İlkin məlumata görə, hadisə zamanı iki nəfər xəsarət alıb.

Bildirilir ki, sürücü 1980-ci il təvəllüdlü Xaliq Quliyev, Kəlbəcər rayonunun İstisu qəsəbəsi yaxınlığında idarə etdiyi "UAZ" markalı avtomobili idarəetməni itirməsi səbəbindən aşırıb,. Dördpendirli pizza

Hərbi qulluqçular Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Elmir Həsənov və Gəncə şəhər sakini 2000-ci il təvəllüdlü Vaqif Məmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Vəziyyətləri qənaətbəxşdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!