Həsən Amilinin ana-bala söhbətinə Bakıdan cavab

saytların hazırlanması

Evə çatdırılma

Həsən Amilinin ana-bala söhbətinə Bakıdan cavab

Siyasət

20 May 2023 10:43 16882


Ərdəbil imamcüməsi Seyid Həsən Amilinin İranı Azərbaycanın anası sayması və Azərbaycanı guya İrandan soyumaqda günahkar hesab etməsi sosial şəbəkələrin Azərbaycan seqmentində birmənalı qarşılanmayıb.

Belə ki, H. Amili çıxışında Azərbaycanı ittiham edərək deyib:

“Bu günlərdə Azərbaycanda telekanallar və media hər gün İran və iranlıları təhqir etməyə məcbur olub. Azərbaycan hökuməti buna diqqət yetirməlidir ki, İran bütün dünya azərilərinin və onların “Baba Toprağı”nın vətənidir. Heç bir insan anasını unutmaz, anasını söyməz, kin saxlamaz. Kimsə ana sevgisini onun ürəyindən silə bilməz. Uşağı anadan şübhələndirmək istəyən hər kəs, ancaq özünə bəla edər”. Dördpendirli pizza

Ərdəbil imamcüməsinin səfsəfə dolu çıxışına münasibət bildirən Milli Məclisin deputatı Ceyhun Məmmədov Yenisabah.az-la söhbətində söyləyib ki, əgər Ərdəbil imamcücəsi Seyid Həsən Amili İranı Azərbaycanın anası sayırsa, burada ananı baladan ayıran Azərbaycan yox, İrandır və bu məsələdə məsuliyyətə onlar daşıyır, nəinki biz, ona görə də onların bizi günahlandırmağa haqları yoxdur:

“Bu məsələdə günah daha çox İrana məxsusdur. Çünki Azərbaycan uzun müddət çalışdı ki, münasibətləri qorusun, amma gördük ki, biz çalışdıqca, qarşı tərəf təxribatları daha da artırır. Gördüyümüz bu oldu.

Azərbaycan bu gün İranla münasibətləri qorumaqda maraqlıdır. Düşünürəm ki, İranda bu məsələlərə daha diqqətlə və həssaslıqla yanaşmalıdır. Münasibətlərin inkişafı isə daha çox İranın özünü necə aparmasından asılıdır.

Hesab edirəm ki, bəyanatlar bu cür yox, daha çox əməkdaşlığa, birliyə doğru verilməlidir. Yəni bizə yuxarıdan aşağı baxmalı deyillər. Bir daha təkrar edirəm ki, burada məsuliyyəti İran tərəfi daşıyır”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!