"Bəziləri deyir ki, Həsən Seyidbəyli məni yolda görüb, filmə çəkilməyə dəvət edib. Amma bu belə olmayıb. Mən Pirşağıda yaşayırdım, orada mədəniyyət evinin qabağında oturub, dostlarımla zarafatlaşırdım. Hamımız o vaxt onu tanıyırdıq. Onu görən kimi ayağa qalxdıq. Bağı Pirşağıda idi, tez-tez gəlib gedirdi. Gördü ki, stolun üstündə bilyard da var, nərd də. Dedi ki, gəl nərd oynayaq, əgər uduzsam, səni bir gözəl kinoya çəkəcəm, səni bütün Azərbaycanda tanıyacaqlar".
Yenisabah.az moderator-a istinadla xəbər verir ki, bunu "Bizim Cəbiş müəllim" filminin Makedonu Aqil Ağacanov deyib.
O əlavə edib: "Fikri nərddə deyildi, özü bilərəkdən mənə uduzdu ki, filmə çəksin. Bu gün həqiqətən də bütün Azərbaycan məni tanıyır. Allah o kişiyə rəhmət etsin. Sezar pizza
Mən filmdə çəkilə-çəkilə hərbi xidmətə çağırdılar. Çağırış vərəqəsini gətirib rejissor Həsən Seyidbəyliyə göstərdim. Rəhmətlik Muxtar Maniyevin qardaşı da Hərbi Komissarlıqda rəhbər işləyirdi. O kömək etdi, məni əsgərlikdən saxladılar, hərbi xidmətdən möhlət verdilər. Film il yarım çəkildi, daha sonra getdim əsgərliyə".
Aqil Ağacanov daha sonra həmkarı, Tanya obrazının ifaçısından danışıb.
"Tanya ilə məni illər sonra Telman Adıgözəlov "Kinoklub" verilişində görüşdürdü. Məni o vaxt verilişə dəvət edəndə dedilər ki, sənə sürprizimiz var. Fikirləşdim ki, yəqin Tanya olar da. Gəmiqayırma zavodunda çalışırdı, indi təqaüdə çıxıb. İki qız övladı, nəvələri var. Allah canını sağ etsin".
Telegram kanalımız