YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Həyat tərzini dəyişdirməklə xərçəngin qarşısını almaq olar

Həyat tərzini dəyişdirməklə xərçəngin qarşısını almaq olar

Sağlamlıq

20 Avqust 2022 10:30 4673


Səhiyyə sənayesi onilliklərdir ki, xərçəngin müalicəsi üçün səy göstərir. Bununla belə, xəstəlikdən qaçmağın mümkün olduğu elmi şəkildə sübut edilib. 

The Lancet tibb jurnalında dərc olunan araşdırmaya görə, xərçəngdən ölümlərin 44 faizi qarşısı alına bilən risk faktorları ilə bağlıdır.

Tibb dünyası dünyada ikinci ən çox görülən ölüm səbəbi olan xərçəngin müalicəsini axtarır.

Yenisabah.az xəbər verir ki, araşdırma həyat tərzini dəyişdirməklə milyonlarla insanın həyatını xilas etməyin mümkün olduğunu sübut edib.

Məşhur tibb jurnalı The Lancet-də dərc olunan son araşdırmaya görə, xərçənglə bağlı ölümlərin 44 faizi qarşısı alına bilən risk faktorları ilə bağlıdır. Yəni xərçəng olmamaq insanın öz əlindədir.

Məlum olub ki , xərçəngdən həyatını itirənlərin 44 faizi siqaret çəkən , həddindən artıq spirtli içki qəbul edən və bədən kütləsi indeksi yüksək olan insanlardır.

Araşdırma 2010-2019-cu illər arasında 204 ölkədə 23 xərçəng növü və 34 risk faktorunu araşdırıb.

Dünya miqyasında qarşısı alına bilən risklə əlaqəli ölümlər baxımından traxeya və ağciyər xərçəngi aparıcı xərçəng növləri oldu.

Ən çox can itkisi olan yerlər; Mərkəzi və Qərbi Avropa, Şərqi Asiya, Şimali Amerika, Cənubi Amerika olduğu açıqlanıb.

Bildirilib ki, həyat tərzini dəyişmək milyonlarla insanın həyatını xilas edə bilər. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!