Həyat yoldaşı 44 yaşlı qadına işgəncə verib -   Bədənində qançır, yanıq, çapıq...

saytların hazırlanması

Evə çatdırılma

Həyat yoldaşı 44 yaşlı qadına işgəncə verib - Bədənində qançır, yanıq, çapıq...

Kriminal

15 Oktyabr 2019 15:05 1289


Qəbələ rayonunda ailə münaqişəsi qanla nəticələnib.

"Yeni Sabah"ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Solqıca kəndində qeydə alınıb. Kənd sakini, 1975-ci il təvəllüdlü Eyvazova Xalidə Süleyman qızı bədənin müxtəlif nahiyələrində qançır, yanıq və çapıq xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Dörd uşaq anası olan X.Eyvazovaya ailədaxili münaqişə zamanı həyat yoldaşı Dəmir Eyvazov tərəfindən işgəncə verildiyi bildirilir.

Qadın uzun müddət işgəncəyə məruz qaldığını bildirib.   Dominos pizza

Faktla əlaqədar Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırmalara başlanıb. İşgəncədə adı hallanan Dəmir Eyvazov polis tərəfindən saxlanılaraq izahatı alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!