Həyat yoldaşı qardaşı ilə qaçan kişi hər ikisini güllələdi - ANBAAN VİDEO

Həyat yoldaşı qardaşı ilə qaçan kişi hər ikisini güllələdi - ANBAAN VİDEO

Hadisə

16 May 2022 22:45 1346


Türkiyədə Tokatda 30 yaşlı kişi qardaşı ilə qaçdığını iddia etdiyi həyat yoldaşını və qardaşını avtovağzalda güllələyib.

Yenisabah.az xəbər verir ki, baş verən hadisə təhlükəsizlik kameralarına düşüb.

Verilən məlumata görə, hadisə şəhərlərarası avtovağzalda baş verib. Müslüm B. (30) terminalda avtobusdan enən həyat yoldaşı İlfer B. (26) və qardaşı üç uşaq atası Səbri B.-yə (25)  atəş açıb. Təhlükəsizlik kameralarına düşən hadisədə kişinin əvvəlcə avtobusdan düşən həyat yoldaşının ayağına, daha sonra isə qardaşına atəş açdığı görünüb.

Güllə hədəfi olan Səbri B. terminalın arxa qapısından qaçıb. İlfer B. isə hadisə yerindən qaçmaq istəyərkən həyat yoldaşının gülləsinə tuş gəlib. Terminalda atışma səslərinin səbəb olduğu çaxnaşma anı da kameralara düşüb.

Tokat Dövlət Xəstəxanasında müalicə alan qadın evə buraxılıb, döş qəfəsindən yaralanan Səbri B.-nin isə müalicəsinin davam etdiyi qeyd olunur. Hadisədən sonra Müslüm B. (30) həbs edilib.

Şübhəli şəxs ifadəsi alındıqdan sonra sağlamlıq müayinəsi üçün xəstəxanaya aparılarkən mətbuat mənsublarının suallarını cavablandırıb.

“Qardaşımla qaçdı, namusum üçün vurdum”, - deyə həyat yoldaşını niyə güllələməsi ilə bağlı suala cavab verib.

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!