Heydər Əliyevin iştirak etdiyi əməliyyat - AzTV-də film

saytların hazırlanması

Evə çatdırılma

Heydər Əliyevin iştirak etdiyi əməliyyat - AzTV-də film

Mədəniyyət

07 Mart 2023 14:42 2603


Bu gün Azərbaycan Televiziyası (AzTV) və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində birgə hazırlanan layihənin – “Konfidensial”ın ilk buraxılışı efirə gedəcək.

Yenisabah.az xəbər verir ki, birinci hissə "Naturalist" əməliyyatına həsr olunub. Sözügedən əməliyyat Almaniya Federativ Respublikası vətəndaşı, “müstəqil jurnalist” V.B.-nin sovet xüsusi xidmət orqanına cəlb edilməsi haqqındadır.

Heydər Əliyev prosesdə şəxsən iştirak edib, “ikili agent” qismində çıxış edən alman vətəndaşla psixoloji kontakt yaradıb. Həmin söhbətin nadir fotoşəkli şərh olunacaq, məzmunu stenoqram sənədinə istinadən təqdim ediləcək. Toyuqlu pizza

Qeyd edək ki, sənədli silsilənin ilk buraxılışları Ulu Öndər Heydər Əliyevin şəxsi iştirakı və rəhbərliyi ilə Azərbaycan SSR DTK-da müxtəlif illərdə böyük müvəffəqiyyətlə həyata keçirilmiş əməliyyat tədbirlərinə həsr olunacaq. “Konfidensial”da istifadə olunan çoxgedişli kombinasiyaların mütərəqqiliyi göstəriləcək, beynəlxalq təcrübə ilə müqayisəli təhlillər aparılacaq, xüsusi xidmət orqanlarının məktəblərində peşəkarlıq nümunəsi kimi tədris olunan fəndlərdən danışılacaq. Sonrakı buraxılışlarda isə dövlət təhlükəsizliyinə təhdid olan müasir çağırışlar yer alacaq. Bura müxtəlif ölkələrin xarici xidmət orqanlarının ölkəmizdə həyata keçirmək istədiyi layihələrin məqsədi, əsl mahiyyətinin izahı daxildir.

“Konfidensial”ın ərsəyə gəlməsində Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin xüsusi rolu var. Layihənin rəhbəri Namiq Abdullayev, ssenari müəllifi və aparıcısı Rüfət Həmzəyev, quruluşçu rejissoru Elnur Məmmədov, operatorları Elburus Musayev və Cavid Əliyevdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!