Həyətində çətənə yetişdirən saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Həyətində çətənə yetişdirən saxlanıldı

Kriminal

13 İyun 2019 14:26 2449


Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.

DİN-dən “Yeni Sabah"a verilən məlumata görə, “Xaş-xaş-2019” şərti adlı kompleks əməliyyat-axtarış və proflaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Yuxarı Salamabad kənd sakini Elçin Hüseynov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətində aqrotexniki qaydada qulluq etdiyi çəkisi 1 kiloqram 735 qram olan, 20-65 santimetr uzunluqda 42 ədəd narkotik tərkibli çətənə bitkisi, eləcə də istifadə etmək məqsədi ilə saxladığı çəkisi 1 kiloqram 705 qram olan 6 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb. Dördpendirli pizza

Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!