HHQ-də NATO-nun qiymətləndirmə təlimi keçirildi

saytların hazırlanması

Evə çatdırılma

HHQ-də NATO-nun qiymətləndirmə təlimi keçirildi

Maraqlı

16 Dekabr 2023 10:35 693


2023-cü ilin təsdiq olunmuş fəaliyyətlər planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) "N" hərbi hissəsində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan HHQ-nin Mi-17-1V helikopter cütlüyünün "2- ci səviyyəli özünüqiymətləndirmə (SEL-2) təlimi" keçirilib.

Yenisabah.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, əvvəlcə iştirakçılara təlimin ssenarisi, gedişatı, təhlükəsizlik qaydaları və qiymətləndirmə haqqında brifinq təqdim edilib, qarşıda duran məqsədlər izah olunub.

Təlimdə Mi-17-1V helikopter cütlüyünün və aidiyyəti bölmələrin havadan daşınma (yük və qoşunların daşınması, yaralıların təxliyəsi) imkan və qabiliyyətlərini icra etməsi yoxlanılıb və yüksək qiymətləndirilib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!