Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşdü

Siyasət

17 May 2024 22:54 599


Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi “X” səhifəsindəki paylaşımında bildirib.

“Ceyk Sallivanla çox məzmunlu görüş keçirdik. Biz ölkələrimiz arasında əməkdaşlığı və əlaqələrimizin gələcək inkişafını nəzərdən keçirdik. Həmçinin regional və qlobal məsələlər müzakirə edilib. Biz həmçinin regionda sülhün bərqərar olması və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi apardıq”, - deyə qeyd olunub. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!