Hikmət Hacıyev Brüsseldə Armen Qriqoryanla görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyev Brüsseldə Armen Qriqoryanla görüşəcək

Siyasət

29 Aprel 2022 19:10 617


Mayın 2-də Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında görüş keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə cümə günü Qriqoryanın özü məlumat verib.

"Biz Ermənistanla Azərbaycan arasında münasibətlərlə bağlı məsələləri müzakirə edəcəyik. Əgər bütün suallara Brüsseldə cavab ala bilsək, o zaman ölkə liderlərinin Brüsseldə görüşünün mümkünlüyü barədə imkanları müzakirə edə bilərik" – deyə o, "Azadlıq" radiosunun efirində açıqlama verib./Oxu.az pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!