ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun Met Gala gecəsində geyindiyi libasda diqqət çəkən detal üzə çıxıb.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın keçmiş birinci xanımı və dövlət katibi Hillari Klintonun Met Gala gecəsində geyindiyi qırmızı libas ölkəsində gündəm olub.
Klintonun paltarında heyran olduğu və ABŞ tarixində iz qoymuş qadınların adları yazılıb. Bu adlar arasında Madeline Olbrayt, Abigail Adams, Harriet Tubman, Rosa Parks, Ledy Bird Johnson və Klintonun anası Dorothy Rodham da olub. pizza sifarişi
Paltarın dizayneri Altuzarra “Mən bu paltarın şəxsi toxunuşa sahib olmasını istəyirdim. Bu çox vacib idi”, - deyə o bildirib.
Qeyd edək ki, Klinton söz verdiyi kimi 20 ildən bir tədbirdə iştirak etdiyini bildirib.
Nəzrin Vahid
Telegram kanalımız