Hindistan hökuməti kriptovalyutaları qadağan etməyə hazırlaşır

saytların hazırlanması

Evə çatdırılma

Hindistan hökuməti kriptovalyutaları qadağan etməyə hazırlaşır

Dünya

24 Noyabr 2021 16:34 829


Hindistan hökuməti özəl kriptovalyutaları qadağan edən qanun hazırlayır.

Yenisabah.az "France 24"ə istinadla xəbər verir ki, qanun qəbul olunarsa, Hindistanda özəl rəqəmsal valyutalar qadağan olunacaq. Eyni zamanda, Hindistan Mərkəzi Bankı tərəfindən də dəstəklənən dövlət rəqəmsal valyutasının yaradılmasına zəmin yaradacaq.

Bu qanunun hazırlanması Hindistanın Baş naziri Narendra Modinin bitkoinin gənclər üçün təhlükə olduğunu bildirməsindən sonra başlayıb. Toyuqlu pizza

Digər tərəfdən, qanunun təfərrüatları hələ məlum olmadığı üçün ən azı indiyə qədər Hindistan kripto-investorlarını qeyri-müəyyən gələcək gözləyir.

Qeyd edək ki, rəqəmsal valyutalara Hindistan Mərkəzi Bankı ciddi nəzarət edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!