Rusiya Hindistanı 2021-ci ilin sonuna qədər "S-400" yer-hava raket kompleksinin birinci divizionu ilə təmin edəcək.
Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin (FSMTC) direktoru Dmitri Şuqayev bildirib.
Rusiya və Hindistan "S-400"-lərin tədarükünə dair müqaviləni 2018-ci ilin oktyabrında imzalayıb. Toyuqlu pizza
Beş alay sistem dəsti Dehliyə 5,43 milyard dollara başa gələcək.
Hindistan Çin və Türkiyədən sonra bu komplekslərin üçüncü xarici alıcısı olub.
Telegram kanalımız