Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirdi

Dünya

08 Fevral 2026 19:59 752


Hindistan Sahil Mühafizəsi keçirdiyi əməliyyat zamanı İranla əlaqəli üç neft tankerinin ələ keçirildiyini bildirib.

"Yeni Sabah" xəbər verir ki, məlumatı "Azad İran" "Telegram" kanalı İran mediasına istinadən yayıb.

Bildirilib ki, Hindistan gəmiləri beynəlxalq sanksiyaları pozan və qanunsuz neft qaçaqmalçılığı ilə məşğul olan üç tankeri saxlayıblar. Yerli media bu tankerlərin eyni şirkətə məxsus olduğunu və 2025-ci ildə ABŞ tərəfindən sanksiyalar siyahısına salındığını qeyd edib. Sezar pizza

Bununla yanaşı, "TankerTrackers" analitik platforması Hindistan tərəfindən saxlanılan tankerlərin ABŞ-nin sanksiya siyahısında olan "Stellar Ruby", "Al Jafzia" və "Asphalt Star" adlı gəmilər olduğunu açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!