Hindistanın Hucarat ştatının Baş naziri Vicay Rupani güclü “Vayyu” siklonun yaxınlaşması səbəbindən turistlərə ölkənin qərbindəki bəzi rayonlara getməməyi tövsiyə edib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Mən Hucarat ştatına gələn və Dvarka, Somnath, Sasan və Kaça yollanan turistlərə siklondan zərər görməmələri üçün iyunun 12-də daha təhlükəsiz rayonlara getmələrini xahiş etmişəm”, - deyə nazir mətbuat konfransında bildirib. Toyuqlu pizza
Bir qədər əvvəl Hindistanın Meteorologiya Departamenti Ərəb dənizində formalaşan “Vayyu” siklonunun sürətlə ölkənin qərb sahillərinə yaxınlaşdığı barədə məlumat yayıb. Güclü leysan yağışları ilə müşayiət olunan siklonun mərkəzində küləyin sürəti saatda təxminən 135 kilometrə çatır. Bu səbəbdən Hindistan Hərbi Dəniz Qüvvələri, həmçinin ştatın təcili xidmət orqanları yüksək hazırlıq səviyyəsinə gətirilib. Hakimiyyət sahilyanı rayonlardan 300 min nəfəri təxliyə etməyi planlaşdırır.
Telegram kanalımız