Hindistanda iki günlük matəm elan olundu

saytların hazırlanması

Evə çatdırılma

Hindistanda iki günlük matəm elan olundu

Mədəniyyət

06 Fevral 2022 13:47 1093


Hindistan hökuməti əfsanəvi sənətçi Lata Manqeşkarın ölümü ilə əlaqədar fevralın 6-7-də ümummilli matəm elan edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Hindistan hökumətinin məlumatında deyilir. 

"Bu gün və sabah iki günlük matəm olacaq. Bu müddət ərzində Lata Manqeşkarın xatirəsinə ehtiram əlaməti olaraq Hindistanda dövlət bayraqları yarıya endiriləcək", - bəyanatda bildirilir.  Dördpendirli pizza

Müğənni bu gün axşam Mumbayda təntənəli mərasimlə dəfn olunacaq.

Baş nazir Narendra Modi Tvitter səhifəsində yazıb: 

"Xeyirxah və qayğıkeş Lata Didi bizi tərk etdi. O, xalqımıza doldurulması mümkün olmayan bir boşluq buraxdı. Gələcək nəsillər onu Hindistan mədəniyyətinin özəyi kimi xatırlayacaqlar, onun melodik səsi insanları valeh etmək üçün misilsiz qabiliyyətə malikdir".

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!