“Hizbullah” İsrailə aid briqadaya hücum etdi 

saytların hazırlanması

Evə çatdırılma

“Hizbullah” İsrailə aid briqadaya hücum etdi 

Dünya

06 Sentyabr 2024 11:05 340


“Hizbullah” döyüşçüləri İsrail ordusunun 300-cü ərazi briqadasının qərargahına və səhra düşərgəsinə zərbələr endirmək üçün kamikadze dronlardan istifadə edib. 

APA xəbər verir ki, bu barədə təşkilatın “Telegram” kanalında yerləşdirilmiş bəyanatında deyilir. 

Ətraflı Ads by 4 Reklamınızı SmartBee ilə effektiv edin. “Cümə axşamı günü İslam müqavimətinə aid pilotsuz təyyarələr Qərbi Qalileyanın Yaara qəsəbəsinin cənubunda yerləşən 300-cü Ərazi Briqadasının qərargahına və səhra düşərgəsinə hücum edib. Nəticədə düşmən qoşunları canlı qüvvə və texnika itkisinə məruz qalıb”, - deyə bəyanatda deyilir.  pizza

Bəyanatda həmçinin hücumun İsrail hərbi hava qüvvələrinin, “Hizbullah” döyüşçülərindən birinin öldürüldüyü, bir neçəsinin isə yaralandığı Kafra kəndini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!