Məlum olduğu kimi, koronavirus pandemiyasının iqtisadi zərərlərini kompensasiya etmək üçün hökumət tərəfindən Tədbirlər Planı hazırlanıb. Bu plan Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli sərəncamı ilə də təsdiq edilib.
Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi nəzərdə tutulur. Həmçinin sosial sığorta yükü də azaldılacaq.
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, bunlar qabaqcadan geniş təhlilin nəticəsi olaraq həyata keçirilən tədbirlərdir: Sezar pizza
“Martın 19-da prezident Sərəncam verdi və ölkənin yaranmış təhlükədən sığortlalanması məqsədilə hökumət strukturları daxilində 4 işçi qrupu yaradıldı. Bunlar İqtisadiyyat Nazirliyinin, Mərkəzi Bankın, Maliyyə Nazirliyinin, bir də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindədir. Onların hər biri öz istiqamətləri üzrə fəaliyyət göstərir. Məsələn, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafisinin təşkili ilə ƏƏSMN-nin tərkibində yaradılan işçi qrupu məşğul olur. Onlar ilkin olaraq analiz elədilər ki, mövcud vəziyyətdən əhalinin hansı qrupu əziyyət çəkir, bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir və s.
İqtisadiyyat Nazirliyinin tərkibində yaradılan işçi qrupu isə ölkə iqtisadiyyatının ən çox hansı sektorlarının və sahibkarlar qrupunun mövcud vəziyyətdən zərər gördüyünü araşdırıblar. Nəticədə bugünkü tədbirlər planı ortaya qoyulub. Yəni həyata keçirilən tədbirlər elə-belə göydən götürülməyib, xal qazanmaq məqsədilə nəzərdə tutulmur. Burada məqsəd pandemiyadan zərər çəkən kiçik və orta sahibkarların itkilərini qarşılamaqdır. Vergi güzəştlərinin tətbiq edilməsi də bu məqsədi daşıyır. Düzdür, karantin rejiminin aradan götürülməsi mayın 4-ü üçün müəyyən edilib, lakin bu, təhlükənin elə həmin gün aradan qalxacağı demək deyil. Ağır şəraitin nə vaxt bitəcəyi bəlli deyil”.
Ekspert qeyd edib ki, görülən tədbirlər həm də post-pandemiya dövrü üçün hesablanıb:
“Hökumət o dövrdə də dəstəyini davam etdirəcək. Hazırda tədbirlərdə çatışmazlığın olduğunu düşünmürəm. Çatışmazlığın olub-olmayacağını tədbirlər həyata keçirildikdən sonra daha dəqiq biləcəyik. Post-pandemiya dövrü yetişdikdə hər şey bəlli olacaq. Ondan sonra müəyyən redaktə işləri aparıla bilər. Amma əvvəlcə indiki güzəştlər tətbiq olunmalıdır. Hazırkı tədbirlər kifayət qədər əsaslandırılıb. Hər şey gedişatdan asılı olacaq”.
Sayad Həsənli
Telegram kanalımız