Hökumətin sahibkarlara uzatdığı əl – Şərh

saytların hazırlanması

Evə çatdırılma

Hökumətin sahibkarlara uzatdığı əl – Şərh

İqtisadiyyat

22 Aprel 2020 17:51 1895


“Vergi güzəştlərinin tətbiqi və sosial sığorta yükünün azaldılması barədə təklifləri müsbət qiymətləndirirəm”. 

Bu sözləri Yenisabah.az-a iqtisadçı alim Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixdə təsdiqlədiyi Tədbirlər Planında əks olunan koronavirus pandemiyasının iqtisadi zərərlərinin azaltmaq üçün vergi güzəştləri və sosial sığorta yükünün azaldılması barədə təkliflərə münasibət bildirərkən deyib. 

Nazim Bəydəmirlinin sözlərinə görə, bu güzəştlərin tətbiqi müsbət addımdır və bunun davamlı olması arzuediləndir. “Çünki post-pandemiya dövründə iqtisadiyyatın dirçəlməsi zaman alacaq. Sahibkarlar pandemiya dövründə müxtəlif borclanmaya gediblər və gəlirləri kəskin azalıb”, - deyə Nazim Bəydəmirli bildirib. pizza mizza

İqtisadçı alim əlavə edib ki, koronavirusdan daha çox zərər çəkən sahibkarlıq subyektlərinin önə çəkilməsi başadüşülən olsa da,  bu məsələdə bütün sahibkarlar nəzərə alınmalıdır. “Tədbirlər Palnında bütün sahibkarlara da müəyyən güzəştlər nəzərdə tutulur. Hesab edirəm ki, İqtisadiyyat Nazirliyi daha dərindən monitorinq apararaq xüsusilə real sahibkarlığın xilasına çalışmalıdır. Ümid edirəm ki, bu baş verəcək. Hər halda ilkin addımlar atılır”, - deyə Nazim Bəydəmirli vurğulayıb. 

İqtisadçı alim hesab edir ki, vergi güzəştləri ilə yanaşı gömrük islahatlarının da aparılmasına ehtiyac var: “Artıq Dövlət Gömrük Komitəsinin ləğv edilərək xidmət şəklində fəaliyyət göstərməsi zamanın tələbinə çevrilib. Digər tərəfdən , biz tez bir zamanda daxili istehsalı stimullaşdıra bilməyəcəyik.  Nəzərə alsaq ki, əhalinin gəlirləri də pandemiya üzündən azalıb, neftin qiyməti kəskin ucuzlaşıb bu devalvasiya ehtimalını gücləndirir. Belə bir vəziyyətdə idxal məhsulları üçün gömrük rüsumları ya ləğv edilməli, ya da kəskin aşağı salınmalıdır.  İdxal sahəsində vergi güzəşti tətbiq edilib. Bu müsbət addımdır. Amma bu güzəşt gömrük rüsumları ilə də bağlı olmalıdır”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!