Horovluda daha 30 ailəyə evlərinin açarları təqdim olundu

saytların hazırlanması

Evə çatdırılma

Horovluda daha 30 ailəyə evlərinin açarları təqdim olundu

Sosial

25 Fevral 2026 14:31 245


Bu gün növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

"Yeni Sabah" xəbər verir ki, açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr sevinclə açarları qəbul edərək, evlərində məskunlaşıblar. Sezar pizza

Bu mərhələdə Horovlu kəndinə 30 ailə olmaqla, 115 nəfər köçürülüb. Onlar müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!