Hoteldə ölən 20 yaşlı qadın kim olub? - Rəsmi açıqlama

Hoteldə ölən 20 yaşlı qadın kim olub? - Rəsmi açıqlama

Hadisə Veb saytların hazırlanması

13 Mart 2023 09:33 2193


Tovuzda hoteldən qadın meyiti tapılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib. 

Onun sözlərinə görə, Tovuz Rayon Polis Şöbəsinə rayonun ərazində olan hotellərin birində qadının ölməsi barədə məlumat daxil olub. 

“Dərhal polis əməkdaşları və prokurorluq əməkdaşları hadisə yerinə gəlib. İkin araşdırmalara nəticəsində ölən şəxs 2003-cü il təvəllüdlü X.Tağıyevanın üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Faktla bağlı araşdırmalar davam etdirilir”, - DİN rəsmisi deyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!