Terror barədə yalan məlumat verməkdə təqsirləndirilən Cəmaləddin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Yenisabah.az report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihamda qeyd olunub ki, Cəmaləddin Cəfərov bu il yanvarın 29-da taksafonla Daxili İşlər Nazirliyinin "102" telefon qaynar xəttinə zəng edərək "Sahil" metrostansiyası yaxınlığında olan hotelə partlayıcı maddə qoyulması barədə yalan məlumat verib. Pepperoni pizza
O, ittiham üzrə təqsirli bilərək əməlindən peşman olduğunu deyib.
Prokuror onun 6 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Hökmə əsasən, Cəmaləddin Cəfərov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Cəmaləddin Cəfərov Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunur.
Telegram kanalımız