Hündürlükdən yıxılan 58 yaşlı kişi öldü

saytların hazırlanması

Evə çatdırılma

Hündürlükdən yıxılan 58 yaşlı kişi öldü

Hadisə

30 Aprel 2020 21:58 753


Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun “At yalı” adlanan yaşayış massivində baş verib.

Belə ki, 1962-ci il təvəllüdlü Orucov Zakir Həsən oğlu tikintidə işləyərkən hündürlükdən yıxılaraq ağır xəsarət alıb. Pepperoni pizza

Yaralı təcili tibbi yardım briqadasının köməkliyilə daxili qanaxma və kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.   /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!