“Gündəmdə qalmaq istəyəndə də heç olmasa, bir az əsaslandırılmış və sübutu mümükün olan məsələlər yazılmalıdır. Kəramətdən tələbim budur. Onun yoldaşını yoldan çıxaran yazışma, inandırma, səs, video varsa, ortaya qoysun və bunu sübut etsin”.
Yenisabah.az xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Mehriban Zeynalova deyib. O, əks halda Kəramət Böyükçölü məhkəməyə verəcəyini bildirib:
“Deyəsən, hələ də anlamır ki, hüquqi dövlətdə hər bir ittihamı səsləndirmək üçün sübut lazımdır. Təhqir isə ayrıca bir maddədir”. pizza mizza
Xatırladaq ki, ötən gün yazıçı Kəramət Böyükçöl birinci həyat yoldaşı barədə post paylaşıb. Bu zaman ailəsini feministlərin və Mehriban Zeynalovanın dağıtdığını idda edərək onları təhqir edib.
Telegram kanalımız