Hüseyn Dəryanın ölümündə həkimləri günahlandırdı

saytların hazırlanması

Evə çatdırılma

Hüseyn Dəryanın ölümündə həkimləri günahlandırdı

Şou

20 Dekabr 2025 12:10 462


Reper Dado Əliyev Hüseyn Dəryanın ölümünə görə həkimləri səhlənkərlıqda ittiham edib.

"Yeni Sabah" xəbər verir ki, o, "AsTar" yutub layihəsində mərhum həmkarının tibb işçilərinin səhvindən vəfat etdiyini deyib:

"Dedilər ki, Hüseyn qəza keçirdib, narahat olma, yaxşıdır. Eks-həyat yoldaşı Sona ilə danışdım. Hüseynin qəzalarından yorulmuşdum. Düşündüm ki, növbəti hadisədi. Axşam yatdım, səhər durdum ki, telefonuma 100-dən çox zəng gəlib. Dedilər, Hüseyn öldü. Deyirəm, necə ola bilər? Həkimlər onun rentgen etməyiblər, daxili qanaxma olub. Qabırğa qırılıb və ciyərlərini deşib. Marqarita pizza

Görün nədən ölüb. Bunun qarşısını almağa nə var idi. Hüseyn qəzadan sonra ayaqüstə idi. Deyib, yaxşıyam. Müayinədən keçirtməyiblər ki, hə, yaxşıdır. Maşın "Kamaz"ın altına girib ey! Özünə necə həkim deyirsən? Heyfsilənirəm ki, o cür insanı necə asan bir şeydən itirdik.

Gecələr Dəryanın qəbrini ziyarət edirəm. Quran oxuyuram. Bəzən kimsə deyir ki, onun məzarını görmək istəyirəm, onu aparıram".

Xatırladaq ki, Hüseyn 2014-cü ildə avtomobil qəzasında dünyasını dəyişib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!