Hüseyn Həsənov Moskvada lüks mənzilini təcili satışa çıxarıb

saytların hazırlanması

Evə çatdırılma

Hüseyn Həsənov Moskvada lüks mənzilini təcili satışa çıxarıb

Şou

22 May 2025 10:50 332


Blogger Hüseyn Həsənova qarşı cinayət işi açılandan dərhal sonra Moskvada üç otaqlı mənzilini 100 milyon rubla satıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, bloggerin 44-cü mərtəbədə 124 kvadratmetrlik, tam təmirli və şəhərə panoramik mənzərəli mənzili olub. Mülk "Neva Towers" elit yaşayış kompleksində yerləşir. Kanal iddia edir ki, Həsənov mənzili həbsdən və müsadirədən xilas etmək üçün tələsik əldən çıxarıb. Marqarita pizza

Satışdan əvvəl blogger paytaxtda yaşamadığı müddətdə mənzili ayda 750 min rubla icarəyə verib. 

Qeyd edək ki, mayın 14-də Hüseyn Həsənov Rusiyada xüsusi külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulması faktı ilə bağlı axtarışa verilib və qiyabi həbs edilib. Bu maddəyə əsasən, bloggeri 7 ilə qədər həbs cəzası gözləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!