Yəmənin husi üsyançıları Bazar ertəsi günü ABŞ-ın "MQ-9 Reaper" modeli olan daha bir PUA-nı məhv ediblər.
Yenisabah.az "Al-Mayadeen"ə istinadla xəbər verir ki, bui barədə husilərin sözçüsü Yəhya Sari danışıb.
O qeyd edib ki, PUA Yəmənin cənub-qərbindəki Damar əyaləti üzərində Yəmən istehsalı olan zenit raketi ilə səmada vurulub. Dominos pizza
Bu, onların bir həftə ərzində ələ keçirdikləri üçüncü Amerika pilotsuz təyyarəsidir. Üsyançılar iddia edirlər ki, 2023-cü il oktyabrın 7-dən düşmənin 10 PUA-sını sıradan çıxara biliblər.
"MQ-9 Reaper"in 35 milyon dollara başa gəldiyi təxmin edilir və döyüş və kəşfiyyat missiyalarında istifadə olunur.
Telegram kanalımız