Aprelin 30-da səhər saatlarında Nərimanov rayonu Qafur Rəşidov küçəsində qeyri-yaşayış sahələrini təbii qazla təmin edən 108 mm-lik qaz kəməri 90-FM-715 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillə vurularaq yararsız hala salınıb.
Azəriqaz İB-dən Yenisabah.az-a verilən məlumata görə, qəza zamanı baş vermiş yanğın nəticəsində avtomobil ilə yanaşı, qaz kəmərinin üzərində olan G-250 sənaye tipli qaz sayğacı və 100 mm-lik siyirtmə, həmçinin RDUK-100 tipli qaz tənzimləyicisi yanaraq yararsız hala düşüb.
Bildirək ki, qeyri-yaşayış sahələrinin qaz təminatı dayandırılıb. Qəzanın yaratdığı fəsadların aradan qaldırılması üçün Birliyin əməkdaşları tərəfindən təmir-bərpa işlərinə başlanılıb. pizza sifarişi
Telegram kanalımız