I Qarabağ müharibəsinin daha dörd itkin şəhidi dəfn ediləcək

saytların hazırlanması

Evə çatdırılma

I Qarabağ müharibəsinin daha dörd itkin şəhidi dəfn ediləcək

Sosial

18 Sentyabr 2024 10:24 370


Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha dörd şəhid dəfn olunacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Sentyabrın 20-də hərbçilər Məmmədov Mübariz İlyas oğlu Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi Şəhidlər Xiyabanında, Səfərov Səfəralı Alverdi (Allahverdi) oğlu Sumqayıt şəhəri Şəhidlər Xiyabanında, Rüstəmov Tərlan Kamal oğlu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Şəhidlər Xiyabanında və Qəhrəmanov Bilal Qəhrəman oğlu Gədəbəy rayonu, Şəhidlər Xiyabanında dəfn olunacaqlar. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!