İbn Sina min il əvvəl göz sağlamlığını yaxşılaşdıran resept təqdim edib.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tibb alimi gözlər üçün faydalı olan yerkökünün müalicəvi xüsusiyyətlərindən faydalanıb.
Bunun üçün 2 ədəd kökü uzununa kəsib sobada təxminən 5 dəqiqə bişirin. Daha sonra üzərinə bir qaşıq zeytun yağı əlavə edib yaxşıca əzin. Hazırladığınız məhsulu hər gün müntəzəm olaraq istehlak edin. pizza mizza
Yerkökünün faydaları:
Tərkibindəki A vitamini gözdəki maye nisbətini tarazlaşdıra və makula degenerasiyasının görmə qabiliyyətini gücləndirə bilər.
Katarakt riskini azaldır.
Antiseptik xüsusiyyətləri sayəsində bədəndəki bütün tullantıların təmizlənməsinə kömək edir.
Gözdəki damarları gücləndirir.
Telegram kanalımız