Milli Şuranın üzvü, keçmiş deputat İbrahim İbrahimlinin səhhəti ilə bağlı ailəsindən açıqlama gəlib.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkələrdə İbrahim İbrahimlinin MRT müayinəsindən keçdiyi, beynində şiş əmələ gəlməsi ilə bağlı məlumatlar yayılmışdı. Sabiq deputatın beyin qan dövranının pozulduğu, hərəkət etməsinin çətinləşdiyi yazılsa da kürəkəni bunu təkzib edib.
Sosial şəbəkə hesabında qayınatasının səhhəti barədə yazan professor, tanınmış siyasi şərhçi Toğrul İsmayıl yayılan məlumatların şayiə olduğunu bildirib: pizza mizza
“Dəyərli dostlar, sosial mediada qayınatam İbrahim İbrahimli ilə bağlı müxtəlif xəbərlər və şayiələr yayınlanmaqdadır. Bir ailə üzvü olaraq bildirmək istəyirəm ki, İbrahim bəyin sağlığında müxtəlif problemlər olsa da, hazırda vəziyyəti yaxşıdır. Ailə üzvləri xaricində paylaşılan heç bir məlumata etibar etməyin”.
Telegram kanalımız