"Gündəlik tələbat malları qıtlığına dair naratlığımız yoxdur".
Yenisabah.az IRIB-ə istinadla xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi bildirib.
O, son vaxtlar gərginləşən istehlak bazarı və əhalinin yoxsul təbəqəsinin müdafiəsi üçün yeni subsidiyaların məbləğini elan edib. Sezar pizza
Prezidentin sözlərinə görə, əhalinin həssas təbəqəsi üçün ilk ayda adadmbaşına 400 min, növbəti aylar üçün isə 300 min tümən müavinət veriləcək.
İbrahim Rəisi elan edib ki, çörəyin, dərmanların və benzinin qiyməti qalxmayacaq.
Yeni subsidiyaların 2 aya qədər nağd şəkildə ödəniləcək.
Prezident deyib: “Bu yaşayış müavinəti elektron kartlar hazır olana qədər nağd şəkildə ödəniləcək".
Telegram kanalımız